16 yaşına
çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu
alınmır. 16
yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği (1)
üç iş günü
müddətində verildikdə və ya dəyişdirildikdə 10 manat, (2) üç iş günündən sonrakı müddətdə
verildikdə və ya dəyişdirildikdə isə cəmi 1 manat təşkil edir.Şəxsiyyət vəsiqələri ilə bağlı bir məlumatı da diqqətinizə çatdırmaq istərdim. Ötən ilin fevral ayında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, şəxsiyyət vəsiqələrinin təsviri dəyişilmişdir. Odur ki, 2014-cü ilin yanvar ayından başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqəsi yeni formada təqdim olunacaq. Nümunə aşağıda əlavə olunur.
Cəmiyyətdə daha çox 'xarici pasport' kimi tanınan Pasportlar barədə isə, qısaca olaraq aşağıdakı məlumatı qeyd etmək istərdim:
Ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq, pasport, vətəndaş müraciət etdikdən sonra bir ay və ya beş iş günü müddətində, müstəsna hallarda isə (vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində onun ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında verilir.


Bu