Showing posts with label Lifestyle. Show all posts
Showing posts with label Lifestyle. Show all posts

03 July 2007

Alatoran

Salam, eziz oxucular!
Keçen günde xoş bir xeber aldım. Bele ki, menim "Yağış" adlı şerim bu günlerde çapdan çıxmış "Alatoran" jurnalında neşr olunub. Bu işde emeyi keçen her kese, hemçinin, meni bu jurnalla tanış eden İli'ye ve jurnalın Baş Redaktoru Rasim Qaraca'ya öz minnetdarlığımı bildirirem.


06 June 2007

Aktiv satıcılar:-)


Təxminən 1 ay yarım bundan əvvəl Azerphoto foto-informasiya agentliyinin HP'nin baş sponsorluğu ilə təşkil etdiyi "Mobiloqrafiya 2" Fotohəvəskarların ikinci İnternet Müsabiqəsi başa çatdı. Bu müsabiqədə mənim İstanbulda çəkdiyim və "Aktiv satıcılar" adlandırdığım şəkil qalib olaraq 3-cü yeri qazanmışdı.

İndi bu xəbəri bura yazmağıma başqa 1 səbəb var: belə ki, Azerphoto'dan aldığım məlumata görə menim bu şəklim bu günlərdə İngiltərədə dərc olunan "Araz" qəzetində nəşr olunub. Xəbəri eşidəndə çox sevindim və biriləri ilə bölüşmək istədim, onun üçün də bura yazdım, çünki sevinc dostlarla paylaşılır...:-)

04 June 2007

Yağış..

Yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Bir çətir altında bir-birinə sığınmış iki gənc…
Soyuq hava, isti nəfəs
Soyuq əl, isti ürək
Soyuq üz, isti baxış
Yaxınkən uzaq bir məsafə...

Sakitlik...
Yağış. Damlaların səsi.. 
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Tək bir gənc pəncərə kənarında...
Soyuq nəfəs, isti otaq
Soyuq ürək, isti əl
Soyuq baxış, isti üz
Çılpaq bağı xatırladan bir təəssüf...

Yenə yağış, damlaların səsi,
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...

Lap elə həmin gün, həmin məkan,
Sadəcə bir neçə saat keçmiş...
Soyuq hava, isti otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarına qoyulmuş bir varaq...

"Bir şer yazdım bugün
Natamamdı bəlkə
Bəlkə de davam etdirəcəm... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..
Uğurlu yolculuklar!
Soyuqluq duymayasan sən bugünkü hava tək.
Orda Gün doğarsa soyuqluq olmaz bəlkə
sən döndüyündə... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..."


Hələ də yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...

Soyuq hava, soyuq otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarında qalmış bir varaq...

Müəllif: R. Hacızadə