04 June 2007

Yağış..

Yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Bir çətir altında bir-birinə sığınmış iki gənc…
Soyuq hava, isti nəfəs
Soyuq əl, isti ürək
Soyuq üz, isti baxış
Yaxınkən uzaq bir məsafə...

Sakitlik...
Yağış. Damlaların səsi.. 
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Tək bir gənc pəncərə kənarında...
Soyuq nəfəs, isti otaq
Soyuq ürək, isti əl
Soyuq baxış, isti üz
Çılpaq bağı xatırladan bir təəssüf...

Yenə yağış, damlaların səsi,
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...

Lap elə həmin gün, həmin məkan,
Sadəcə bir neçə saat keçmiş...
Soyuq hava, isti otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarına qoyulmuş bir varaq...

"Bir şer yazdım bugün
Natamamdı bəlkə
Bəlkə de davam etdirəcəm... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..
Uğurlu yolculuklar!
Soyuqluq duymayasan sən bugünkü hava tək.
Orda Gün doğarsa soyuqluq olmaz bəlkə
sən döndüyündə... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..."


Hələ də yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...

Soyuq hava, soyuq otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarında qalmış bir varaq...

Müəllif: R. Hacızadə


2 comments:

Unknown said...

salam nece de gozel ve romantik yaqish ,........ ve bu yaqish damlalarina qisqanirmish kimi kenardan seyr eden bir shexs..........sanki yaqisha oz qisqnc baxishlariyla baxir ve ......
amma chox gozelsen...............

Anonymous said...

salam yeqin ki chatdi