09 June 2007

Память..

Bu günler çox sevdiyim yazıçılardan biri olan Çingiz Abdullayev'in «Голубые ангелы» romanını oxuyuram ve orada bu hisse çox xoşuma geldi, odur ki, Sizinle de bölüşmek istedim..
* * * * *
…Наша память ведь удивительна. Иногда достаточно самого ничтожного повода, самой тонкой ниточки для мощного клубка воспоминаний. Клубок начинает стремительно разматываться, и уже ничто не в силах остановить его или помешать. И, может быть, самое дорогое, самое ценное, что в конечном итоге остается у человечества и у человека – это память. Память со всей ее болью, радостью, изменой, грузом несбывшихся надежд и исполненных желаний
* * * * *

08 June 2007

Bedevi

Devesiyle birlikde sehrada geden bir bedevi gücle yeriyen, susuzluqdan dodaqları qurumuş bir adama rast gelir. Adam bedevini görünce su isteyir. Bedevi devesinden enib ona su verir. Suyu içen adam birden bedevini iteleyerek deveye atlanır ve qaçmağa başlayır.
Bedevi arxadan qışqırır:
"Yaxşı, deveni götür ged, amma senden bir xahişim var. Bu hadiseni heç kime danışma!"
Bu xahişi qeribe sayan oğru tereddüd ederek sebebini soruşur:
"Eger danışsan - deyir bedevi - bu her yere yayılar ve insanlar bir daha çölde möhtac birini gördükde ona kömek etmezler."
Bedevi kimi derdimiz deve deyil, pisliyin yayılmaması olsaydı, Millet olaraq indiyedek çox şeyi hell etmiş olardıq.
Menfeetimize göre deyil, vicdanımıza göre yaşayacağımız bir heyat arzusu ile..
Her şey könlünüzce olsun, dostlarım...


Türkceden tercüme: R. Hacızade

06 June 2007

Beni seviyormusun?

Kadın adamı çok seviyordu...
Yemyeşil ovalarını verdi adama
Yaşam fışkıran.
Beni seviyor musun?
Evet, dedi adam...
Güneşini, ayını verdi kadın
Yıldızları taktı bir-bir adamın omuzlarına...
Beni seviyor musun?
Tabi, dedi adam...
Kadın cağladı
Gürül-gürül akan pınarını verdi adama.
Beni seviyor musun?
Elbette, dedi adam...
Kadın bağlandı
Yaşam ipini adama verdi.
Bir oldular tek oldular adamla.
Beni seviyor musun?
Biliyorsun, dedi adam...
Kadın dağlarını verdi adama
Tırmandılar doruklara.
Beni seviyor musun?
Aşağılara baktı adam zirveden.
Başkalarını gördü
Sustu adam...
Ağladı kadın...
Gözyaşını verdi adama
Almadı adam...
Kadın onurunu verdi adama
Şaşırdı adam...
Sordu yine usulca kadın
Beni mi seviyorsun?
Onu da seviyorum seni de, dedi adam...
Sustu kadın...
Verecek bir şeyi kalmadığında...
Senin yureğine ihtiyacım var, dedi adam
Başkasını sevebilmek için...
Çıkarıp yüreğini verdi kadın.
Korktu adam...
Beni sevmiyor musun?, dedi adam.
Sesi yoktu kadının söyleyemezdi.
Gözleri yoktu kadının ağlayamazdı.
Kalbi yoktu kadının sevemezdi.
Onuru yoktu kadının yaşayamazdı..


Müellif: Namelum


Aktiv satıcılar:-)


Təxminən 1 ay yarım bundan əvvəl Azerphoto foto-informasiya agentliyinin HP'nin baş sponsorluğu ilə təşkil etdiyi "Mobiloqrafiya 2" Fotohəvəskarların ikinci İnternet Müsabiqəsi başa çatdı. Bu müsabiqədə mənim İstanbulda çəkdiyim və "Aktiv satıcılar" adlandırdığım şəkil qalib olaraq 3-cü yeri qazanmışdı.

İndi bu xəbəri bura yazmağıma başqa 1 səbəb var: belə ki, Azerphoto'dan aldığım məlumata görə menim bu şəklim bu günlərdə İngiltərədə dərc olunan "Araz" qəzetində nəşr olunub. Xəbəri eşidəndə çox sevindim və biriləri ilə bölüşmək istədim, onun üçün də bura yazdım, çünki sevinc dostlarla paylaşılır...:-)

04 June 2007

Yağış..

Yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Bir çətir altında bir-birinə sığınmış iki gənc…
Soyuq hava, isti nəfəs
Soyuq əl, isti ürək
Soyuq üz, isti baxış
Yaxınkən uzaq bir məsafə...

Sakitlik...
Yağış. Damlaların səsi.. 
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Tək bir gənc pəncərə kənarında...
Soyuq nəfəs, isti otaq
Soyuq ürək, isti əl
Soyuq baxış, isti üz
Çılpaq bağı xatırladan bir təəssüf...

Yenə yağış, damlaların səsi,
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...

Lap elə həmin gün, həmin məkan,
Sadəcə bir neçə saat keçmiş...
Soyuq hava, isti otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarına qoyulmuş bir varaq...

"Bir şer yazdım bugün
Natamamdı bəlkə
Bəlkə de davam etdirəcəm... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..
Uğurlu yolculuklar!
Soyuqluq duymayasan sən bugünkü hava tək.
Orda Gün doğarsa soyuqluq olmaz bəlkə
sən döndüyündə... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..."


Hələ də yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...

Soyuq hava, soyuq otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarında qalmış bir varaq...

Müəllif: R. Hacızadə


03 June 2007

Cennetde adam (Raport)

Öldü bir gözel insan. Öz eceliyle yox. Özü özünü öldürdü.
Belke ele bu imiş eceli..
Geldi Yaradan'ın hüzuruna. Salamlaşdılar. Tanış oldular.
Cennete ve ya cehenneme teyinat vermemişden evvel Yaradan onu raport vermeye devet etdi.
Raport aşağıdakı formada aparıldı:
S u a l: Nece oldu ki, öldün?
C a v a b: Özümü asdım.
S u a l: Niye?
C a v a b: Bezdim.
S u a l: Neden?
C a v a b: Reftardan.
S u a l: Kimin reftarından?
C a v a b: İnsanların.
S u a l: Kime qarşı reftarından?
C a v a b: İnsanlara qarşı.
S u a l: Bes sene qarşı reftar nece idi?
C a v a b: Yalan, ikiüzlülük, xeyanet, yalançı mehebbet ve hörmet, üze “keç” deyib, eslinde üzüne qapı örten adamlar.
S u a l: Pulu nece qazanırdın?
C a v a b: Halallıqla.
S u a l: Neçi idin ki?
C a v a b: Müellim.
S u a l: Ve heç vaxt rüşvet almamısan?
C a v a b: Rüşvet almağa razı olmadığıma göre meni mehkemeye verib işden çıxartmışdılar.
S u a l: Bes hakim?
C a v a b: O rüşvet alıb meni cerime etdi.
S u a l: Kiminse ayağının altına quyu qazmısan?
C a v a b: Quyuya layiq olanlar özleri menim ayağımın altına quyu qazdılar.
S u a l: Bes sen?
C a v a b: Sessizce quyuya düşdüm.
S u a l: Orada ne var idi?
C a v a b: Qırıq qelb.
S u a l: Sevmisen?
C a v a b: Beli.
S u a l: Evlenmisen?
C a v a b: Yox.
S u a l: Niye?
C a v a b: Menim üreyimi verdiyim üreyini başqasına verib.
S u a l: Bes sen?
C a v a b: Men ise üreksiz qalmışam.
S u a l: Bes ona ne demisen?
C a v a b: Demişem ki, xoşbext ol.
S u a l: Axı o seni yazıq edib?!
C a v a b: Ne olsun?! Men ki, onu sevirem.
S u a l: O senin sevgine layiq deyildi.
C a v a b: Amma men layiq idim.
S u a l: Seni cehenneme yollasam, ne edersen?
C a v a b: Menim sürdüyüm ömürden sonra, cehennem mene uşaq bağçası görüner.
S u a l: Bes cennet?
C a v a b: Ne cennet?! Cennet de cehennem kimi olacaq.
S u a l: Bes seni yer üzüne qaytarsam?
C a v a b: Ölsem de qayıtmaram!
Allah güldü.
S u a l: Sağollaşaq?
C a v a b: Ferq etmez.
Allah bendesinin gözünden öpdü ve onu cennetin en sefalı guşesine yola saldı.
Allah size rehmet elesin, ey diri qalanlar!

Xosh geldik:-)

Blogumu ziyaret edecek her kesi salamlayıram:-)
Biz de, yani men de:-D yeni blog açanlar sırasına xoş geldik, xeyirli, uğurlu olsun Inşallah..:-)